You are here: 

BMT-nin Narkotik vasitələr və Cinayətkarlıq İdarəsi (UNODC)

ƏL/TMM sahəsində fəaliyyəti

Narkotiklər və Cinayətkarlıq İdarəsi BMT-nin narkotik vasitələr, mütəşəkkil cinayətkarlıq, korrupsiya və ƏL/TM-ə qarşı mübarizə ilə məşğul olan bölməsidir. Bu bölmə 1997-ci ildə yaradılmış ƏL/TM-ə qarşı Qlobal Proqramın icrasına məsuldur. Onun fəaliyyəti 1998-ci ildə daha da genişləndirilmiş və mandatına yalnız narkotik maddələrlə əlaqədar cinayətlər deyil, habelə bütün ağır cinayətlər daxil edilmişdir. ƏL/TM-ə qarşı Qlobal Proqramın məqsədi müvafiq texniki yardım göstərməklə üzv-dövlətlərin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirləri həyata keçirmək potensialını gücləndirməkdir. Bu məqsədlə üzv-dövlətlərə BMT-nin müvafiq konvensiya və digər sənədlərində, habelə bu sahədə mövcud olan digər beynəlxalq standartlarda tələb olunduğu kimi cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın aşkarlanması, həbsi və müsadirəsində yardım göstərilir

Azərbaycanla əməkdaşlıq

MMX BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə əməkdaşlıq çərçivəsində sözügedən qurum tərəfindən koordinasiya edilən BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının tətbiqinə nəzarət üzrə ekspertlər qrupunun iclaslarında iştirak edir. Fəaliyyəti müddətində MMX dəfələrlə UNODC təlimlərindən faydalanmışdır.

Bununla yanaşı, MMX-nin məlumatların emalı və təhlili üzrə fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə əməkdaşlıq edilir. Belə ki, bu İdarənin İnformasiya Texnologiyaları Xidmətinin Xarici Sistemlər Şöbəsi tərəfindən yaradılmış goAML sistemi MMX-də tətbiq olunur